Misir prezidenti: “ “Ərəb baharı” nəticəsində itkilər 900 milyard dollardır”

2018/01/ereb-bahari-son-21021334534_1516261399.jpg
Oxunub: 2383     15:36     18 Yanvar 2018    
“Yaxın Şərq regionu ölkələrinin “Ərəb baharı” nəticəsində itkiləri 900 milyard dollar təşkil edir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Misir prezidenti Əbdül Fəttah əs-Sisi bəyan edib.

O, bu barədə Misirin paytaxtı qahirədə keçirilən “Vətən tarixi” sərgisində çıxışı çərçivəsində bildirib.

“2011-ci ildə ərəb dövlətlərində başlayan “Ərəb baharı”nın - davamlı çevriliş və kütləvi xalq narahatçılığının region ölkələrinə vurduğu zərər 900 milyard dollar (1, 53 trilyon manat – red.) təşkil edir”, - deyə əs-Sisi açıqlayıb.

Misir prezidenti həmçinin 2013-cü ildə Məhəmməd Mürsinin hakimiyyətdən getməsindən sonra ölkədə vəziyyətin nisbətən düzəldiyini vurğulayıb və qeyd edik ki, həmin müddətdən keçən illər ərzində sənayenin müxtəlif sahələrinə aid 11 min müxtəlif təşkilat yaradlılıb, infilyasiya isə 35 faizdən 22 faizədək aşağı düşüb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Yaxın-Şərq   Ərəb-baharı  


Bizi "telegram"da izləyin