İsveç Rusiya ilə müharibəyə hazırlaşır?

2018/01/2105927456456_1516258482.jpg
Oxunub: 2185     14:53     18 Yanvar 2018    
İsveçdə yenilənən müdafiə strategiyasına uyğun olaraq sülh dövründə əhalinin mümkün müharibə təhlükəsinə qarşı hazırlaşması üçün vərəqələr paylanacaq.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, İsveç hökuməti 2018-ci ilin sonunadək əhaliyə özündə Rusiyaya dair xəbərdarlıq göstərən bir neçə milyon vərəqə paylamağı planlaşdırır.

Fövqəladə Hallar üzrə Sidney Agentliyinin nümayəndəsi bildirib ki, bu vərəqələr isveçliləri onların dünyasının istənilən an “baş-ayaq” ola biləcəyinə hazırlayır.

Kağızlarda müharibə başlayacağı halda qidanı, suyu və evlərin müdafiəsini necə hazırlamaqla bağlı ən zəruri və praktik tövsiyələr yer alıb.

Qeyd edək ki, İsveç rəhbərliyi həmçinin ilin sonunadək bunkerlər yaratmaq və onları hazır vəziyyətə gətirməklə bağlı planlar müəyyənləşdirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Rusiya  


Bizi "telegram"da izləyin