Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO qüvvələrinin Avropadakı baş komandanı, general Körtis Skaparrotti bəyan edib.
“Təbii ki, mən Rusiyadan ehtiyat edirəm”, - deyə general Brüsseldə NATO ölkələrinin baş qərargah rəhbərləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Skaparrottinin qiymətləndirməsinə görə, hazırda NATO üstünlüyüə malikdir, lakin əks tərəfin çağırışı qarşısında qalan sahələr var və onlardan biri də kiber təhlükəsizlikdir.
“Rusiya bu sahə üzrə çox üstündür. Modernləşdirmə baxımından rusların üstün olduğu digər sahələr də var və biz məhz Rusiyanın artan üstünlüyünə uyğunlaşa bilməsək, 5 ildən sonra bir sıra sahələrdə malik olduğumuz mövqeyi itirəcəyik”, - deyə general vurğulayıb.
Ordu.az