Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson təyyarə göyərtəsində jurnalistlərə müsahibə verərkən bildirib.
“Bizim üçün aydındır ki, Rusiya bütün sanksiyaları icra etmir və Moskvanın növbəti sanksiyalara mane ola biləcəyi ilə bağlı bəzi sübutlar var”, - deyə Tillerson bildirib.
O əlavə edib ki, ilk növbədə söhbət yanacaqla bağlı məsələlərdən gedir, lakin digər sahələrdə də sanksiyaların pozulması tamamilə ağlabatandır.
Ağalar Qəribov
Ordu.az