Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müxtəlif mənbələr bu məsələdə fərqli rəqəmlər səsləndirir.
Dini Ali Liderin köməkçisi Məhəmməd Hüseyn Sepehrin bu məlumatını İranın qonşuları ilə müqayisə etsək, görərik ki, Pakistan hərbi büdcəsi 8 milyard dollar, BƏƏ-ninki 15 milyard dollar, Səudiyyə Ərəbistanınkı isə 30 milyard dolardır.
Lakin generalın açıqladığı rəqəmlər prezident Ruhani hökumətinin parlamentə göndərdiyi ən son büdcə planında göstəriləndən çox azdır. Yeni büdcədə İranın hərbi büdcəsi 10 milyard dollardan çoxdur.
Məlumatlara görə, İslam Respublikası silahlı qüvvələri üçün 7 milyard dollardan daha çox pul xərcləyir. Strateji Araşdırmalar üzrə Beynəlxaq İnstitutun illik nəşri olan “Hərbi Balans”da İslam Respublikasının 2016-cı ildəki hərbi xərclərinin 16 milyarda yaxın olduğu göstərilir.
Ruhaninin mətbuat katibi bir müddət öncə hərbi büdcənin təxminən 10 milyard dollara yaxın olduğunu elan edib. Bu isə son dörd ildə 128% artım deməkdir. İranın milli valyutasının dəyər itirməsinin və ikirəqəmli inflyasiyanın da bu artımda böyük rolu var.
Lakin hökumətin açıqladığı bu rəqəmlər də ola bilsin ki, həqiqəti əks etdirmir. İİKK-nin İranda ciddi iqtisadi imperatorluğu var və burdan əldə etdiyi gəlirlərin bir qismi də yəqin ki, hərbi xərclərə əlavə edilir. Bu xərclər təbii ki, Ruhaninin təsdiqlənən büdcəsində özünə yer tapmır. Bundan başqa silahlı qüvvələrin müntəzəm əməliyyatları və texniki təchizatının xaricində qalan hərbi xərclər də qeydə alınmır.
Ağalar Ağalarlı
Ordu.az