Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Vilayətin qubernatoru Şehmus Günaydının sözlərinə görə, təyyarədə olan bütün hərbçilər ölüb.
“Təyyarə bazalandığı Əskişəhər birinci Əsəs Qırıcı Bazasından saat 11:03-də planlı uçuş təlimi məqsədilə içində 2 pilot və bir texniki işçi ilə havaya qalxan “CN-235 CASA” tipli hərbi təyyarə ilə 12:50 radələrində əlaqə kəsilib və dərhal axtarış-xilasetmə tədbirləri başlanıb. Saat 14:30 radələrində Eğirdir gölünün şimalında təyyarənin qalıqların və 3 ekipaj üzvünün nəşi tapılıb”, - deyə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytında bildirilib.
Artıq qəza yerinə xilasetmə xidmətinin bölmələri gəlib.
Ağalar Ağalarlı
Ordu.az