NYT: ABŞ-ın yeni strategiyası nüvə silahından daha geniş istifadəyə imkan verir

2018/01/23424_1516189516.jpg
Oxunub: 2601     19:42     17 Yanvar 2018    
ABŞ-ın bu yaxınlarda hazırlanan və hazırda təsdiq edilmək üçün Donald Trampa göndərilən yeni nüvə strategiyası nüvə silahından daha geniş şəkildə istifadə etməyə imkan yaradacaq.

Ordu.az xəbər verir ki, bu barədə “New York Times” nəşri məlumat yayıb.

Məlumata görə, bir neçə onillik ərzində Amerika prezidentləri nüvə silahının düşmənlərə qarşı yalnız çox məhdud və fövqəladə hallarda, məsələn, ABŞ-a qarşı bioloji silahın tətbiq ediləcəyi təqdirdə “ilk istifadəsi”nə izn verə bilərdilər.

Yeni sənəd ilk dəfə bu siyahını genişləndirəcək. İndi oraya iri infrastrukturun məhv edilməsinə cəhd, məsələn ölkənin elektrik və ya rabitə xətlərinə hücum nüvə silahının tətbiq olunması üçün yetərli olacaq.

Sənədin yekun versiyasının yaxın həftələr ərzində təqdim ediləcəyi gözlənilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Nüvə-strategiyası  


Bizi "telegram"da izləyin