Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Sara Sandersin adından yayılan və yanvarın 16-da ABŞ prezidenti Donald Tramp və Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında Vaşinqtonda baş tutan danışıqların yekunları barədə bəhs edilən yazılı bəyanatda qeyd olunur.
“İki lider söz verdilər ki, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirəcəklər və bununla əlaqədar olaraq ABŞ və Qazaxıstan silahlı qüvvələrinin operativ şəkildə birgə fəaliyyəti, regional rəhlükəsizliyin təmin edilməsi üçün logistik marşrutlardan istifadəyə imkan yaradan bir sıra yeni müqavilələr imzalayacaqlar”, - deyə sənəddə bildirilir.
Həmçinin ABŞ-ın Amerika sanksiyalarının Vaşinqtonun iqtisadiyyatına vura biləcəyi zərbələrdən yayınmaq üçün digər ölkələrə tətbiq edilməsi barədə Qazaxıstanla fikir mübadiləsi aparacağı vurğulanır.
Ağalar Qəribov
Ordu.az