Kral Çarlzın Şotlandiyaya iki günlük səfəri başlayıb

2024/07/1719984429.jpg
Oxunub: 150     09:26     03 İyul 2024    
Böyük Britaniya Kralı III Çarlzın hər il keçirilən Holirud həftəsi çərçivəsində Şotlandiyaya iki günlük səfəri başlayıb.

Ordu.az xəbər verir ki, Holirud həftəsi Şotlandiya mədəniyyətini, icmasını və nailiyyətlərini qeyd etmək üçün Britaniya monarxının ölkəyə bir həftəlik səfərini əhatə edir. 4 iyulda Britaniyada keçiriləcək növbədənkənar seçkilərə görə, bu il daha yığcam keçiriləcək tədbir çərçivəsində Kral Çarlz Holirud Sarayındakı bir sıra mərasimlərdə iştirak edib. Kraliça Kamilla isə Edinburqdakı kitab mağazası sahibləri, yazıçılar və ədəbi təşkilatlar üçün tədbir təşkil edib.

Kral Çarlz və Kraliça Kamilla səfəri Edinburq qəsrində şəhərin 900-cü ildönümünə həsr olunmuş bayram tədbiri ilə yekunlaşdıracaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kral-Çarlz   Şotlandiya  


Bizi "telegram"da izləyin