Venesuelanın vitse-prezidenti ağac aşması nəticəsində yaralanıb

2024/07/1719984125.jpg
Oxunub: 138     08:45     03 İyul 2024    
Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodriges “Beril” qasırğasından zərər çəkmiş əhaliyə yardım edərkən Sukre ştatında ağac aşması nəticəsində ağır xəsarət alıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro “Venezolana de Television” telekanalının canlı efirində bildirib.

Maduro deyib ki, Rodriges “şüurdadır, güclüdür və tezliklə sağalacaq”.

Kumanakoada “Beril” qasırğasının yol açdığı daşqın iki nəfərin ölümünə və beş nəfərin itkin düşməsinə səbəb olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Venesuela   Vitse-prezident  


Bizi "telegram"da izləyin