Şolts nasizm qurbanı olan polşalılara təzminat vəd edir - KİV

2023/05/1685078081.jpg
Oxunub: 294     19:30     02 İyul 2024    
Almaniya Kansleri Olaf Şolts Varşavaya səfəri zamanı nasist rejiminin əlindən sağ qurtaran polşalılara təzminat ödəniləcəyini açıqlayacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Olaf Şolts iyulun 2-də Varşavaya səfəri zamanı iki ölkə arasında münasibətlərinin yaxşılaşdırılması üçün tədbirləri, o cümlədən nasist cinayətlərindən əziyyət çəkmiş polşalılara təzminat ödəniləcəyini elan edəcək.

Almaniyanın müxalif Xristian Demokrat İttifaqı partiyasının baş katibi Pol Tsimyak kompensasiyanın Polşada nasist rejiminin fəaliyyətindən zərər çəkənlərə və hazırda yaxşı tibbi sığortası olmayan yoxsul insanlara veriləcəyini bildirib.

Yüksəkvəzifəli məmurun sözlərinə görə, təhlükəsizlik sahəsində əməkdaşlıq kanslerin səfəri zamanı Berlin və Varşava arasında məsləhətləşmələrin əsas mövzusu olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şolts   Polşalılar  


Bizi "telegram"da izləyin