Pentaqon: Ondan çox ukraynalı F-16-nı idarə etmək üçün təlimlər keçir

2024/07/1719982968.jpg
Oxunub: 134     23:44     02 İyul 2024    
Ondan çox ukraynalı F-16 qırıcılarını idarə etmək üçün müxtəlif təlimlər keçir.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Patrik Rayder məlumat yayıb.

“Ondan çox pilot hazırda F-16 döyüş təyyarələrini idarə etmək üçün ABŞ və Danimarkada təlimlər keçir”, - Rayder vurğulayıb.

Pentaqon rəsmisi qeyd edib ki, bəzi ukraynalı pilotlar ABŞ-də kursu başa vuraraq təlimlərini davam etdirmək üçün Avropaya gediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ   F-16  


Bizi "telegram"da izləyin