Ordu.az xəbər verir ki, bu barədə həftəlik "The Observer" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, Starmer kabinet nazirləri, müşavirlər, həmkarlar ittifaqı liderləri və Leyboristlər Partiyasının donorları ilə müzakirələrdən sonra artıq Dauninq strit 10 ünvanında vəzifəsini icra edə bilməyəcəyi qənaətinə gəlib.
Onun istefasını gələn həftə, ehtimal ki, 22 iyunda elan edəcəyi gözlənilir. Lakin nəşr qeyd edir ki, Starmer hakimiyyətin nizamlı şəkildə keçidini təmin etmək üçün istefası üçün vaxt çərçivəsi müəyyənləşdirmək niyyətindədir. Onun Leyboristlər Partiyasının konfransından əvvəl, sentyabrda rəsmən istefa verəcəyi ehtimal olunur.
Ordu.az