ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında 10 dəniz minası aşkarlayıb

2026/03/1773466996.jpg
Oxunub: 414     05:38     20 May 2026    
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında yerləşdirilmiş azı 10 dəniz minası aşkar edib.

Ordu.az-ın məlumatına görə, bu barədə “CBS News” telekanalı vəziyyətlə tanış olan ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Telekanalın qeyd etdiyi kimi, son məlumatlarda yer alan minaların dəqiq növləri açıqlanmayıb.

Mart ayında “CBS News” ABŞ kəşfiyyatının Hörmüz boğazında ən azı 12 sualtı minanın olduğunu ehtimal etdiyini bildirmişdi. Həmin vaxt rəsmilər İranın boğazda istifadə etdiyi minaların yerli istehsal olan “Maham 3” və “Maham 7” tipli minalar olduğunu qeyd etmişdilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hörmüz   Mina  


Bizi "telegram"da izləyin