Qrossi: "Barak" AES-ə zərbə radiasiyanın geniş yayılmasına səbəb ola bilər"

2025/08/1756265138.jpg
Oxunub: 342     02:27     20 May 2026    
Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Barak" Atom Elektrik Stansiyasına (AES) birbaşa zərbə radioaktiv maddələrin geniş miqyasda yayılmasına səbəb ola bilər və əhalinin yüzlərlə kilometr təxliyəsini tələb edir.

Ordu.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasının obyektin ətrafındakı vəziyyətə həsr olunmuş iclasında bildirib.

Onun sözlərinə görə, stansiyanın birbaşa vurulması ətraf mühitə böyük radiasiya emissiyasına səbəb ola, elektrik xətlərinin zədələnməsi isə reaktor nüvəsinin əriməsi riskini artıra bilər. Qrossi qeyd edib ki, bu, ən pis halda əhalinin təxliyəsini, yod preparatlarının istifadəsini, həmçinin 700 km məsafədə qida məhsullarına məhdudiyyətlərin qoyulmasını tələb edə bilər.

O, dinc nüvə obyektlərinə hücumların yolverilməz olduğunu vurğulayıb. R.Qrossi AEBA-nın nüvə təhlükəsizliyi üzrə ekspertləri BƏƏ-yə göndərməyə hazır olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qrossi   Barak   AES  


Bizi "telegram"da izləyin