Ordu.az-ın xəbərinə görə, bu məlumat ABŞ Konqresinin Tədqiqat Xidmətinin hesabatında yer alıb.
Ən əhəmiyyətli itkilər "MQ-9A Reaper" hücum dronları olub. Onlardan 24-ü məhv edilib. MQ-9A kəşfiyyat və zərbə missiyaları üçün geniş istifadə olunur. Hər bir pilotsuz təyyarənin qiyməti 56 milyon dollardan çoxdur. ABŞ Hərbi Dəniz Qüvvələrinin bir "MQ-4C Triton" kəşfiyyat dronu Fars körfəzində naməlum səbəbdən qəzaya uğrayıb.
Üç ədəd F-15E qırıcısı səhvən, daha biri isə İran üzərində vurulub. Bundan əlavə, bir ədəd F-35A qırıcısı da zədələnib və daha bir ədəd A-10 hücum təyyarəsi itirilib.
Bir ədəd "E-3 Sentry AWACS" uzaq mənzilli radar aşkarlama və idarəetmə təyyarəsi İranın zərbəsi nəticəsində yerdə məhv edilib. Hərbi kampaniya zamanı yeddi ədəd KC-135 yanacaqdoldurma təyyarəsi ciddi şəkildə zədələnib, onlardan biri qəzaya uğrayıb, altı heyət üzvü həlak olub.
Hesabatda həmçinin iki ədəd MC-130J xüsusi əməliyyat təyyarəsinin yerdə məhv edildiyi və bir ədəd HH-60W helikopterinin atəş nəticəsində zədələndiyi bildirilir.
Ordu.az