Ordu.az xəbər verir ki, Vens bu barədə çıxışı zamanı danışıb.
O bildirib ki, sənədin nəticələri ilə şəxsən razılaşa və ya razılaşmaya bilər, lakin onun ciddi təsir göstərəcəyinə inanır.
Vens qeyd edib ki, əvvəlki Papa XIII Leo sənaye inqilabı və Avropada böyük dəyişikliklər dövründə Roma Katolik Kilsəsinə rəhbərlik edib.
ABŞ-nin vitse-prezidenti vurğulayıb ki, bir çoxlarının fikrincə, həmin dövrdə baş verən dəyişikliklər Avropada faşizm və kommunizmin yüksəlişinə səbəb olmuşdu.
O əlavə edib ki, Donald Tramp administrasiyası süni zəka sahəsində innovasiyalara yönəlmiş siyasət həyata keçirməyə və texnologiyaların inkişafında digər ölkələri qabaqlamağa çalışır.
Bununla yanaşı, Vens bildirib ki, administrasiya iqtisadiyyat və milli təhlükəsizlik sahələrində süni zəkanın inkişafı fonunda vətəndaşların məlumatlarının və şəxsi həyatının qorunmasını da təmin etmək istəyir.
“Prezidentin fərmanı və ya gələcək qərarlarla bağlı qabaqcadan danışmayacağam, amma biz innovasiya ilə şəxsi həyatın qorunması arasında balans yaratmağa çalışırıq”, - deyə o vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az