Vens: “İranın zənginləşdirilmiş uranının Rusiyaya verilməsi ABŞ-nin planlarına daxil deyil”

2026/05/1779219979.jpg
Oxunub: 396     23:35     19 May 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranın zənginləşdirilmiş uranının Rusiyaya ötürülməsinin hazırda Vaşinqtonun planlarına daxil olmadığını bildirib.

Ordu.az xəbər verir ki, Vens bu barədə Ağ Evdə keçirilən brifinq zamanı jurnalistlərə açıqlamasında deyib.

“Bu, bizim hazırkı planımız deyil. Əslində heç vaxt planımız olmayıb. Belə məlumatlar görmüşəm, amma onların haradan yayıldığını bilmirəm”, - deyə ABŞ-nin vitse-prezidenti vurğulayıb.

Vens qeyd edib ki, belə bir razılaşma böyük ehtimalla həm Vaşinqton, həm də Tehran tərəfindən müqavimətlə qarşılanardı.

“Bu, ABŞ hökumətinin hazırkı planı deyil. İran tərəfi də belə məsələ qaldırmayıb. Mənim hiss etdiyimə görə, İran buna xüsusi meyilli deyil və bilirəm ki, prezident də bu məsələyə xüsusi həvəs göstərmir”, - deyə o əlavə edib.

Bununla yanaşı, Vens danışıqlar çərçivəsində hər hansı konkret məsələ üzrə əvvəlcədən mövqe açıqlamaq istəmədiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   ABŞ   İran  


Bizi "telegram"da izləyin