ABŞ İranda məktəbə endirilən və 155 nəfərin öldüyü zərbəyə görə məsuliyyəti yenidən üzərinə götürməyib

2026/05/1779215902.jpg
Oxunub: 542     22:37     19 May 2026    
ABŞ-nin Yaxın Şərqdəki qüvvələrinin yüksək rütbəli komandiri İranda məktəbə endirilən və 155 nəfərin ölümünə səbəb olan zərbə ilə bağlı məsuliyyəti qəbul etməkdən yayınıb.

Ordu.az xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Konqresin nəzarət komitəsində çıxışı zamanı bildirib ki, məktəb İran İnqilab Keşikçiləri Korpusunun “qanadlı” raket bazasının ərazisində yerləşdiyi üçün araşdırma adi zərbələrlə müqayisədə daha mürəkkəbdir.

İran dövlət mediasının məlumatına görə, 2026-cı il fevralın 28-i Minab şəhərində məktəbə endirilən zərbə nəticəsində 73 oğlan uşağı, 47 qız uşağı, 26 müəllim, 7 valideyn, məktəb avtobusunun sürücüsü və daha bir nəfər həlak olub.

Bildirilib ki, ABŞ hadisə ilə bağlı məsuliyyəti bir neçə dəfə birbaşa qəbul etməkdən yayınıb.

“The New York Times” daha əvvəl məktəbə ABŞ-nin “Tomahawk” qanadlı raketi ilə zərbə endirildiyini yazmışdı. CNN də hücumun ABŞ tərəfindən həyata keçirildiyini bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Minab  


Bizi "telegram"da izləyin