Britaniya xaricdə emal edilmiş yanacaq idxalı üçün Rusiyaya qarşı bəzi sanksiyaları yumşaldıb

2025/08/1755698056.jpg
Oxunub: 426     22:35     19 May 2026    
Böyük Britaniya Rusiya neftindən xaricdə istehsal olunmuş dizel yanacağı və aviasiya kerosininin idxalına icazə verib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, yeni ümumi ticarət lisenziyası müəyyən məhsulları sanksiya məhdudiyyətlərindən azad edir.

Lisenziya yanacağın üçüncü ölkələrdə emal edildiyi hallarda istisnalar nəzərdə tutur. Bununla belə, sənəddə şirkətlər üçün uçotun aparılması kimi müəyyən şərtlər də yer alıb.

Bildirilib ki, yeni qaydalar çərşənbə günündən qüvvəyə minəcək və müddətsiz tətbiq olunacaq. Bununla yanaşı, qaydaların dövri şəkildə yenidən nəzərdən keçiriləcəyi və dəyişdirilə və ya ləğv oluna biləcəyi vurğulanıb.

Məlumata görə, Böyük Britaniya ayrıca olaraq mayeləşdirilmiş təbii qazın dəniz yolu ilə daşınması və bununla bağlı xidmətlər üçün də müddətli lisenziya təqdim edib.

Qeyd olunub ki, bu icazənin müddəti gələn ilin yanvarın 1-də başa çatacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Rusiya  


Bizi "telegram"da izləyin