“Hraparak”: Niyə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri öz tərcümeyi-halını redaktə edib?

2026/05/1779169929.jpg
Oxunub: 341     09:49     19 May 2026    
Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin türkologiya bölməsində təhsil alıb və 2015-ci ildə, 25 yaşında olarkən “Axdamar tur” turizm şirkətində ekskursiyaçı kimi çalışıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, o, turist qruplarını Qərbi Ermənistana aparıb, Türkiyənin Ermənistana qarşı siyasəti haqqında danışıb.

“2018-ci ildə o, diaspor naziri təyin olunanda dərc olunan tərcümeyi-halında “Axdamar tur”da işlədiyi barədə qeyd var idi. İndi isə Hayrapetyan tərcümeyi-halını redaktə edib və oradan arzuolunmaz hissələri, o cümlədən bələdçi kimi işləməsi barədə qeydi çıxarıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hayrapetyan  


Bizi "telegram"da izləyin