ATƏT PA müşahidə missiyasının rəhbəri mayın 22-də Ermənistana səfər edəcək

2026/05/1779129878.jpg
Oxunub: 390     22:35     18 May 2026    
ATƏT Parlament Assambleyasının Ermənistanda keçiriləcək parlament seçkiləri üzrə müşahidə missiyasının rəhbəri mayın 22-23-də İrəvana səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə ATƏT Parlament Assambleyası məlumat yayıb.

Məlumata görə, Monteneqro parlamentinin deputatı və ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin vitse-prezidenti Yevrosima Peyoviç gələn ay keçiriləcək seçkilərlə bağlı müşahidəçilərin tammiqyaslı yerləşdirilməsinə hazırlıq çərçivəsində müxtəlif tərəflərlə görüşlər keçirəcək.

Bildirilib ki, səfərin məqsədi seçkiqabağı vəziyyət və seçkilərə hazırlıq prosesi ilə bağlı daha dolğun məlumat əldə etməkdir.

Qeyd olunub ki, Peyoviç dövlət qurumları, seçki administrasiyası, siyasi partiyalar və ittifaqlar, vətəndaş cəmiyyəti təşkilatları, media nümayəndələri, eləcə də artıq bölgədə fəaliyyət göstərən ATƏT DTİHB missiyası ilə görüşəcək.

Məlumata görə, Peyoviç qısamüddətli müşahidə missiyasına rəhbərlik edəcək xüsusi əlaqələndirici Fərah Kərimi ilə birlikdə çalışacaq.

ATƏT Parlament Assambleyasının müşahidə missiyasının ATƏT DTİHB, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin nümayəndə heyətləri ilə sıx əməkdaşlıq edəcəyi bildirilib.

Qeyd olunub ki, ATƏT regionunun 30-dan çox ölkəsindən 100-dən artıq parlamentarinin və əməkdaşın müşahidə missiyasında iştirakı gözlənilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT-PA   Ermənistan  


Bizi "telegram"da izləyin