Ordu.az xəbər verir ki, bu barədə “News.am” nəşri məlumat yayıb.
Məlumata görə, partiya tərəfdarları 16 yaşlı yeniyetməyə hücum edib.
Hadisə Artaşisyan küçəsində yerləşən binalardan birinin həyətində qeydə alınıb.
Bildirilir ki, yeniyetmə təşviqat qrupunun yüksək səslə musiqi səsləndirməsinə etiraz edib və xüsusilə 44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçu Gevorq Cavaxyanın xatirə abidəsinin yanında ucadan nalayiq ifadələrin səsləndirilməməsini xahiş edib.
Bundan sonra bir neçə “Vətəndaş Müqaviləsi” tərəfdarı yeniyetməyə hücum edib və onu hədələyib.
Hadisə zamanı Şenqavit rayon rəhbərinin müavini Vigen Çilinqaryanın da ərazidə olduğu bildirilib.
Qeyd olunub ki, o, tərəfdarları sakitləşdirməyə çalışaraq hər kəsin öz fikrinin olduğunu deyib.
Alpər Mövludoğlu
Ordu.az