İrəvanda erməni sakinlər Paşinyanın ünvanına “xain” şüarı səsləndiriblər

2026/05/1779118820.jpg
Oxunub: 425     19:28     18 May 2026    
Ermənistanın baş naziri və “Vətəndaş Müqaviləsi” partiyasının baş nazirliyə namizədi Nikol Paşinyana qarşı etiraz aksiyaları davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Paşinyan İrəvanın Arabkir inzibati rayonunda seçkiqabağı kampaniyasını davam etdirir.

Bildirilir ki, binalardan birində erməni sakinlər “xain” şüarı səsləndirib.

Buna cavab olaraq Paşinyanın tərəfdarları “Nikol baş nazir” şüarını səsləndirməyə başlayıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   İrəvan  


Bizi "telegram"da izləyin