İrakli Kobaxidze: "Bakı-Supsa sazişi Gürcüstana milyonlarla dollar gəlir gətirəcək"

2026/04/17754-1775472337.jpg
Oxunub: 340     19:17     18 May 2026    
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün nəticələrinə əsasən Azərbaycanla enerji sahəsində imzalanan sazişlərin əhəmiyyətindən danışıb.

Ordu.az-ın məlumatına görə, İ.Kobaxidze bu barədə sosial şəbəkə hesablarında yazıb.

"Azərbaycanla həm elektrik enerjisinin idxalı, həm də tranzit sahəsində çox mühüm saziş bağlanıb", - İ.Kobaxidze yazıb. O, həmçinin Bakı-Tbilisi-Supsa neft kəmərinə dair sazişin əhəmiyyətini vurğulayıb. "Bakı-Tbilisi-Supsa neft kəməri ilə bağlı saziş mühüm əhəmiyyət kəsb edir, onun əsasında ölkə hər il on milyonlarla (tranzitə görə dollar - red.) gəlir əldə edəcək", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Bakı   Supsa  


Bizi "telegram"da izləyin