Türkiyənin jandarma komandoları ilk dəfə milli helikopter GÖKBEY ilə təlim keçib - VİDEO
Oxunub: 433
19:56
01 May 2026
Türkiyə Jandarma Baş Komandanlığı tərəfindən GÖKBEY helikopterinin ilk dəfə istifadə edildiyi “Helikopterə minmə və helikopterdən enmə təlimi” icra edilib.
Ordu.az xəbər verir ki, bu barədə Jandarma Baş Komandanlığının sosial şəbəkə hesabından verilən açıqlamada bildirilib.
“Kastamonu Jandarma Komando Təlim Mərkəzi Komandanlığımızda təlim keçən 39-cu Dövr Jandarma Mütəxəssis Çavuş Komando Əsas Kursunun kursantlarının iştirakı ilə “Helikopterə minmə və helikopterdən enmə təlimi” praktiki şəkildə icra edilib. Təlimdə ilk dəfə milli qürurumuz GÖKBEY helikopterimiz istifadə edilib. Bundan əlavə, bu təlim 2 min 555 kursantla ən yüksək iştirakın təmin edildiyi təlim olub”, - deyə açıqlamada qeyd olunub.