Ordu.az xəbər verir ki, təhvil alınan təyyarələrin “Kecskemét” Hava Bazasında yerləşən 101-ci Aviasiya Qanadı tərəfindən istifadə olunacağı açıqlanıb.
Təhvil 2024-cü ildə Macarıstan Müdafiə Nazirliyi ilə İsveç Müdafiə Təchizatı İdarəsi arasında imzalanan razılaşma çərçivəsində həyata keçirilib. Sözügedən razılaşma çərçivəsində “Saab” tərəfindən ümumilikdə dörd təyyarənin tədarük edilməsi nəzərdə tutulur.
Təhvil verilən iki təyyarə sifarişin ilk partiyasını təşkil edir, qalan təyyarələrin isə növbəti dövrdə təhvil verilməsi planlaşdırılır.
Macarıstan “Gripen” döyüş təyyarələrindən 2006-cı ildən etibarən istifadə edir. Son tədarük və modernizasiya işləri ilə birlikdə ölkə parkının yenilənmiş standartlara malik ümumilikdə 18 ədəd “Gripen C/D” təyyarəsinə çatması hədəflənir.
Rəsmilər proqramın Macarıstan Hərbi Hava Qüvvələrinin uzunmüddətli modernizasiya planlarını dəstəklədiyini bildirərkən, “Saab” ilə aparılan əməkdaşlığın ölkədə sənaye və qabiliyyət inkişafı təşəbbüslərini də əhatə etdiyini ifadə ediblər.
Sevinc Əliyeva
Ordu.az