Avropa Parlamentinin deputatı: “Aİ iyunun sonuna qədər Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul edə bilər”

2026/05/1777649133.jpg
Oxunub: 298     19:21     01 May 2026    
Avropa İttifaqı iyunun sonuna, Avropa İttifaqı Şurasında Kiprin sədrliyinin başa çatdığı vaxta qədər Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə hakim Avropa Xalq Partiyasından Avropa Parlamentinin deputatı Tomaş Zdechovski “İzvestiya” qəzetinə bildirib.

“Vaxt çərçivəsi üzv dövlətlər arasında siyasi konsensusdan asılı olacaq. Sanksiya paketləri yekdillik tələb edir və danışıqlar çətin ola bilər. Rusiyaya təzyiq göstərmək üçün siyasi iradənin mövcudluğuna baxmayaraq, mən sərt vaxt çərçivələrinin müəyyən edilməsinə ehtiyatla yanaşardım. Qəbul Şuranın hazırkı sədrinin səlahiyyət müddətinin sonunda mümkün ola bilər, lakin bu, təmin olunmayıb”, - deyə siyasətçi qeyd edib.

Onun sözlərinə görə, 21-ci sanksiyalar paketi, böyük ehtimalla, mövcud boşluqların aradan qaldırılmasına, tətbiq praktikasının sərtləşdirilməsinə yönələcək və hələ də Rusiyaya əhəmiyyətli gəlir gətirən sahələri hədəf alacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Rusiya  


Bizi "telegram"da izləyin