Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

2026/02/1771868793.jpg
Oxunub: 354     18:18     01 May 2026    
Komidə (Rusiya) özəl "Mi-8T" helikopterinin sərt enişi nəticəsində 10 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"Mi-8 helikopterinin sərt enişi zamanı xəsarət alanların sayı artaraq 10-a çatıb", - nazirlikdən qeyd edilib.

Helikopter havaya qalxarkən yana aşıb. Göyərtədə 24 nəfər olub. Helikopter işçiləri Nen Muxtar Dairəsinə çatdırmalı idi.

Hadisə yerində Usinsk yanğın-xilasetmə qarnizonunun bölmələri işləyir. İnsidentin səbəbləri müəyyənləşdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Helikopter  


Bizi "telegram"da izləyin