WSJ: Hörmüz boğazının ABŞ tərəfindən blokadaya alınması İran iqtisadiyyatını təhlükə altına qoyub

2026/05/1777643830.jpg
Oxunub: 376     17:50     01 May 2026    
Hörmüz boğazının blokadaya alınması faktiki olaraq İranı neft ixrac etmək imkanından məhrum edib və ölkədə iqtisadi böhran riskini artırıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

“İran bazarda etimad böhranı yaratmağa nail olub. Lakin destabilizasiya nəzarət demək deyil. ABŞ-nin blokadası şəraitində İranı cavab gözləyir”, - deyə ABŞ Müharibə Nazirliyinin keçmiş yüksək vəzifəli rəsmisi Devid de Roş bildirib.

ABŞ hərbi dəniz qüvvələri İranın bütün limanlarından tədarükləri dayandıraraq əvvəllər sanksiyaları aşmağa və Çinə neft çatdırmağa imkan verən “kölgə” tanker şəbəkəsinin fəaliyyətini iflic edib. İran nefti daşıyan heç bir gəmi blokadanı yarıb keçə bilməyib.

Alternativ marşrutlar məhdud olub. Ticarətin yalnız təxminən 40 faizi quru ilə yönləndirilə bilər. Bu fonda İranda siyasi parçalanma dərinləşib, elitaların bir hissəsi danışıqların tərəfdarı kimi çıxış edir.

“Tehranda blokada getdikcə daha çox müharibənin əvəzi kimi deyil, onun başqa bir forması kimi qiymətləndirilir. Nəticədə İranda qərar qəbul edənlər tezliklə belə nəticəyə gələ bilərlər ki, münaqişənin yenidən başlanması uzunmüddətli blokadanın davamından daha ucuz başa gələr”, - deyə politoloq Həmidrza Əzizi qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   ABŞ   İran  


Bizi "telegram"da izləyin