Əraqçi Yaxın Şərq ölkələrindən olan həmkarları ilə telefon danışıqları aparıb

2026/05/1777642348.jpg
Oxunub: 284     17:29     01 May 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqin bir sıra dövlətlərinin xarici siyasət idarələrinin rəhbərləri ilə telefon danışıqları aparıb.

Ordu.az xəbər verir ki, bu barədə onun “Telegram” kanalında yayımlanan paylaşımda qeyd olunub.

Bildirilir ki, regionun bəzi ölkələrinin, o cümlədən Misir, İraq, Qətər, Səudiyyə Ərəbistanı, həmçinin Türkiyə və Azərbaycanın xarici işlər nazirləri ilə danışıqlar zamanı Əraqçi onlara İran İslam Respublikasının mövqeyi və ABŞ ilə İsrailin “müharibə və aqressiyanı dayandırması” ilə bağlı son təşəbbüsləri barədə məlumat verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   İran  


Bizi "telegram"da izləyin