Fidan Əraqçi ilə ABŞ və İran danışıqları ətrafındakı vəziyyəti müzakirə edib

2026/02/1770657937.jpg
Oxunub: 338     17:23     01 May 2026    
Türkiyə xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı apararaq İran və ABŞ arasında danışıqlar ətrafındakı vəziyyəti müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə xarici siyasət idarəsindəki mənbə məlumat verib.

“Telefon danışığı bu gün baş tutub. Nazirlər İran və ABŞ arasında danışıqlar prosesində mövcud vəziyyəti müzakirə ediblər”, - deyə mənbə qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Əraqçi  


Bizi "telegram"da izləyin