Ordu.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi nümayəndəsi Öncü Keçeli bildirib.
Daha əvvəl İsrailin donanmanın 175 fələstin tərəfdarı fəalını saxladığı, onlardan 20-nin Türkiyə vətəndaşı olduğu bildirilmişdi.
“İsrail qüvvələrinin beynəlxalq sularda həyata keçirdiyi qanunsuz müdaxilə nəticəsində saxlanılan vətəndaşlarımız və donanmanın digər iştirakçıları Kritdə düşürülüblər. Afinadakı səfirimiz və konsulluq əməkdaşlarımız da oradadır. Vətəndaşlarımızın və üçüncü ölkə vətəndaşı olan bəzi iştirakçıların bu gün xüsusi reyslə Türkiyəyə qayıdacağı gözlənilir”, - deyə diplomat “X”də yazıb.
Daha əvvəl İsrail hərbçilərinin Krit yaxınlığında “Global Sumud Flotilla” donanmasının 21 gəmisini saxladığı bildirilmişdi. Donanma 58 gəmidən və 39 ölkədən 345 iştirakçıdan ibarətdir.
İsrailin hərəkətlərini Türkiyə XİN və Müdafiə Nazirliyi pisləyib. Türkiyə parlamenti xüsusi bəyanatında bunları hərbi cinayət adlandırıb.
Sevinc Əliyeva
Ordu.az