Ordu.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusunun bəyanatına görə, zərbələr müxtəlif infrastruktur obyektlərinə, o cümlədən “Hizbullah”ın hərbi dəstələrinin komanda məntəqələrinə endirilib.
“İsrail Müdafiə Ordusu İsrailin mülki əhalisinə və İsrail Müdafiə Ordusunun hərbçilərinə qarşı yönəlmiş təhdidlərə cavab olaraq, [İsrailin] siyasi rəhbərliyinin göstərişlərinə uyğun şəkildə tədbirlər görməyə davam edəcək”, - deyə hərbçilər bildiriblər.
Sevinc Əliyeva
Ordu.az