Ordu.az xəbər verir ki, Türkiyənin və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul” tərəfindən təşkil edilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi 2026-cı il mayın 5-dən 9-dək İstanbul Sərgi Mərkəzində keçiriləcək.
Tədbirdə hava gücündə yeni nəsil imkanları təmsil edən müxtəlif platformalar da yer alacaq. Bu çərçivədə “Bayraktar Kızılelma”, ANKA III, “Bayraktar” TB3, TUSAŞ “Aksungur” və “Bayraktar Akıncı” pilotsuz uçuş aparatlarının nümayiş etdirilməsi planlaşdırılır.
SAHA EXPO tərəfindən yayılan videoda “Aviadaşıyıcıya uyğun qanadlı platformalardan dərin zərbə imkanlarına malik aşağı radara görünmə qabiliyyətli sistemlərə qədər səmanın seçilən platformalarını nümayiş etdiririk” ifadələrinə yer verilib.
Paylaşımda müdafiə sənayesi həvəskarları SAHA 2026-ya “Avtonom üstünlük dövrü inkişaf etməyə davam edir. Müasir müharibənin gedişini dəyişən pilotsuz uçuş aparatlarını görmək üçün qlobal liderlərlə İstanbulda görüşün” sözləri ilə dəvət olunub.
Sevinc Əliyeva
Ordu.az