Ordu.az xəbər verir ki, bu barədə Sinqapurun baş naziri Lourens Vonq bildirib.
Onun sözlərinə görə, enerji daşıyıcıları və digər malların tədarükü ilə bağlı vəziyyətin sabitləşdirilməsi aylarla vaxt aparacaq.
“Hörmüz boğazı artıq iki aydan çoxdur bağlıdır. Nəticələr təkcə qiymət artımı ilə deyil, həm də tədarükün azalması ilə hiss olunur”, - deyə Vonq Sinqapurun Nanyan Texnologiya Universitetində Əmək günü münasibətilə keçirilən tədbirdə bildirib.
Baş nazir qeyd edib ki, Asiya ölkələri Fars körfəzi regionundan gələn enerji resurslarından və həyati əhəmiyyətli digər tədarüklərdən asılı olduqları üçün “xüsusilə zərər görürlər”.
“Regionumuzun bəzi ölkələri artıq yanacaq çatışmazlığı ilə üzləşir. Aviaşirkətlər reysləri ləğv edir, zavodlar gecikmələr barədə məlumat verir”, - deyə o bildirib.
Vonqun sözlərinə görə, hətta boğaz açıldıqdan sonra da vəziyyət dərhal normallaşmayacaq.
“Ən azı aylar lazım olacaq ki, vəziyyət sabitləşsin. Tədarükdəki pozuntular davam edəcək və yaxın aylarda daha da güclənə bilər. Qlobal səviyyədə inflyasiya artacaq və enerji resurslarından ərzaq məhsullarına, daha sonra isə digər zəruri mallara yayılacaq. Bəzi iqtisadiyyatlar resessiya ilə üzləşə bilər”, - deyə Vonq bildirib.
Onun sözlərinə görə, Sinqapur bu böhranın nəticələrini “birbaşa hiss edəcək”.
Respublikanın iqtisadi artımı artıq zəifləyib və inflyasiya səviyyəsi artmaqda davam edəcək.
“Bütün bunlar bizneslərə, işçilərə və ev təsərrüfatlarına ciddi təzyiq göstərəcək”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az