Ordu.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici siyasət idarəsinin rəhbəri öz “Telegram” kanalında məlumat verib.
Diplomatın sözlərinə görə, o və Kallas regionda və beynəlxalq siyasi arenada baş verən son hadisələri müzakirə ediblər.
“Əlavə məlumat daha sonra açıqlanacaq”, - deyə bəyanatda qeyd olunub.
Aprelin 29-da Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen əminliyini ifadə edib ki, Avropa İttifaqına üzv ölkələr uzun illər ərzində ABŞ ilə İran arasında münaqişənin nəticələri ilə mübarizə aparmağa məcbur olacaqlar. O, hadisələrin bu cür inkişafını hər kəsin üzləşməli olacağı “amansız reallıq” adlandırıb.
Rəsminin qeyd etdiyi kimi, Brüssel Yaxın Şərqdə atəşkəsin mümkün qədər uzun müddət qorunmasını istəyir. Fon der Lyayen vurğulayıb ki, regionda sülh və sabitlik diplomatiya yolu ilə bərpa edilməlidir.
Sevinc Əliyeva
Ordu.az