Blumental İranı ABŞ-nin mümkün zərbəsi barədə xəbərdar edir

2026/05/1777634191.jpg
Oxunub: 428     15:13     01 May 2026    
ABŞ Demokrat Partiyasından senator Riçard Blumental CNN-ə müsahibəsində bildirib ki, amerikalı hərbçilər yaxın vaxtlarda İrana zərbə endirə bilərlər.

Ordu.az xəbər verir ki, senator bu barədə CNN telekanalına açıqlamasında danışıb.

“İştirak etdiyim bəzi brifinqlərdən, həmçinin digər mənbələrdən belə qənaətə gəlmişəm ki, yaxın vaxtlarda hərbi zərbə ehtimalı var”, - deyə Blumental bildirib.

Onun sözlərinə görə, bu, “çox narahatedicidir, çünki amerikalı oğul və qızların həyatını təhlükəyə ata və ciddi insan itkilərinə səbəb ola bilər”.

“Mən daha ətraflı danışa bilmərəm, çünki bu brifinqlərdən ən azı biri, daha doğrusu bir neçəsi qapalı rejimdə olub. Bunun nə vaxt baş verəcəyini dəqiq deyə bilmərəm, lakin bu, potensial plan kimi çox real variantdır”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blumental   İran   ABŞ  


Bizi "telegram"da izləyin