Ordu.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb.
"Pentaqon yalan danışır. Netanyahunun avantürası ABŞ-yə artıq 100 milyard dollara başa gəlib, bu da iddia ediləndən dörd dəfə çoxdur. Amerikalı vergi ödəyiciləri üçün dolayı xərclər qat-qat yüksəkdir", - o bildirib.
Əraqçi qeyd edib ki, onun qiymətləndirməsinə görə, hər bir ABŞ ailəsinə düşən aylıq yük təxminən 500 dollar təşkil edir və artmaqda davam edir.
"İlk növbədə İsrail həmişə o deməkdir ki, ABŞ ən sonuncu növbədədir", - o bildirib.
Ordu.az