FT: İsrail İran raketlərinə qarşı müdafiə üçün BƏƏ-yə qabaqcıl lazer verib

2026/05/1777629045.jpg
Oxunub: 340     13:44     01 May 2026    
İsrail İran raketləri və pilotsuz uçuş aparatlarından müdafiə üçün Birləşmiş Ərəb Əmirliklərinə qabaqcıl texnologiyalı silah sistemləri, o cümlədən lazerlər ötürüb,

Ordu.az xəbər verir ki, “Financial Times” mənbələrə istinadən məlumat yayıb .

Mənbələrin məlumatına görə, söhbət “Spectro” adlı yüngül müşahidə sistemindən gedir ki, bu da 20 kilometrə qədər məsafədə yaxınlaşan pilotsuz uçuş aparatlarını aşkar etməyə kömək edir.

Digər məlumatlı mənbənin sözlərinə görə, İsrail həmçinin BƏƏ-yə “Iron Beam” lazer hava hücumundan müdafiə sisteminin variantını göndərib.

Qısa mənzilli raketləri və pilotsuz uçuş aparatlarını məhv etdiyi ehtimal olunan bu lazer İsrail tərəfindən bu ilin əvvəlində “Hizbullah” hərəkatının Livandan atdığı mərmilərdən müdafiə üçün ilk dəfə yerləşdirilib.

ABŞ və İsrail fevralın 28-də İran ərazisində yerləşən obyektlərə zərbələr endirməyə başlayıb. İran cavab olaraq İsrail ərazisinə, eləcə də Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə zərbələr endirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin