Ordu.az xəbər verir ki, bu barədə “NBC News” vəziyyətlə tanış olan rəsmilərə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, İran ABŞ ilə atəşkəsdən istifadə edərək yeraltı anbarlardan, o cümlədən ABŞ-nin son hava zərbələri zamanı girişləri dağıntılarla bağlanmış anbarlardan da raketlər və digər sursatları çıxarır.
Mənbələrin bildirdiyinə görə, ABŞ hesab edir ki, İran hakimiyyəti pilotsuz uçuş aparatları və ballistik raketlərin buraxılması imkanlarını tez bir zamanda bərpa etmək istəyir ki, Yaxın Şərq boyu zərbələr endirə bilsin.
“Son günlər İran yalnız raketlərini və digər sursatlarını çıxarma səylərini artırıb, çünki müharibənin yenidən başlaması ehtimalı onun dayandırılması ətrafında açıq-aşkar dalana dirənmiş danışıqlar fonunda artır”, - deyə rəsmilər qeyd ediblər və əlavə ediblər ki, hələ döyüş əməliyyatları başlamazdan əvvəl İran çoxlu sayda ballistik raket və buraxılış qurğularını yeraltında gizlətmişdi.
Sevinc Əliyeva
Ordu.az