İran müharibənin fəsadlarına görə Körfəz ölkələrindən kompensasiya tələb edir

2026/03/1772338789.jpg
Oxunub: 283     12:20     01 May 2026    
Rəsmi Tehran ABŞ-İsrailin İrana qarşı hərbi əməliyyatlarının ölkəyə vurduğu ziyana görə körfəz regionu ölkələrindən kompensasiya tələb edir.

Ordu.az İran mediasına istinadən xəbər verir ki, bu tələbi İranın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Əmir-Seyid İrəvani irəli sürüb.

Səfir BMT Baş Katibi Antonio Quterreşə ünvanladığı məktubda Qətər, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı, İordaniya və Birləşmiş Ərəb Əmirliyinin İrana qarşı hücumlara vasitəçilik etdiyinə görə beynəlxalq məsuliyyət daşıdığını vurğulayıb.

Səfir qeyd edib ki, adı çəkilən dövlətlər məsuliyyətə cəlb olunmalı və İrana vurulan maddi və mənəvi zərərə görə “tam kompensasiya” ödəməlidirlər.

“Təhlükəsizlik Şurasının, o cümlədən Qətər Dövləti, Bəhreyn Krallığı, Küveyt Dövləti, Səudiyyə Ərəbistanı Krallığı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya Haşimilər Krallığı kimi Fars körfəzinin sahilyanı dövlətlərini İrana qarşı beynəlxalq hüquqa zidd əməllərinə görə məsuliyyətə cəlb edə bilməməsinə baxmayaraq, həmin dövlətlər cavabdeh dövlətlər kimi öz beynəlxalq hüquqa zidd əməlləri nəticəsində vurulmuş bütün maddi və mənəvi zərərə görə, o cümlədən təzminat ödəməklə, İran İslam Respublikasına tam reparasiya etmək öhdəliyi daşıyırlar”,- deyə məktubda qeyd olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvani   İran  


Bizi "telegram"da izləyin