Vaşinqtonda ABŞ hərbçisi Britaniya bayrağını tərsinə tutub

2026/05/1777617057.jpg
Oxunub: 330     10:20     01 May 2026    
Böyük Britaniyanın kralı III Çarlzın Vaşinqtonun ətrafında yerləşən memorial hərbi qəbiristanlığa səfəri zamanı amerikalı hərbçi Britaniya bayrağını tərsinə tutub.

Ordu.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb

Qeyd olunur ki, cümə axşamı kral III Çarlz və onun həyat yoldaşı Kamilla Arlinqton Milli Qəbiristanlığını ziyarət ediblər. Kral cütlüyü top atəşi ilə qarşılanıb, bundan sonra iki ölkənin dövlət himnləri səsləndirilib.

“Tədbir zamanı tamaşaçılar tez bir zamanda fərq ediblər ki, amerikalı hərbçi bayrağı tərsinə dalğalandırırdı”, - deyə məlumatda bildirilir.

Bildirilib ki, Heraldika Palatasının qaydalarına görə Böyük Britaniyanın bayrağı o halda düzgün yerləşdirilmiş sayılır ki, daha geniş ağ diaqonal zolaq qırmızının üstündə yerləşsin, əks halda - qırmızı zolaq ağın üstündə olduqda bayraq tərsinə hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Britaniya  


Bizi "telegram"da izləyin