“Reuters”: Tramp Sülh üzrə Nobel mükafatına namizəd göstərilə bilərdi

2026/05/1777615279.jpg
Oxunub: 288     09:51     01 May 2026    
“ABŞ-nin prezidenti Donald Tramp, ehtimal ki, 2026-cı ilin Sülh üzrə Nobel mükafatına namizədlər sırasında yer alıb”.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsinin katibi Kristian Berq Harpviken bildirib.

Onun sözlərinə görə, bu il mükafata iddiaçılar arasında 287 namizəd (208 şəxs və 79 təşkilat) var, üstəlik ötən illə müqayisədə çox sayda yeni ad ortaya çıxıb.

“Kamboca, İsrail və Pakistan rəhbərləri daha əvvəl Trampı mükafata namizəd göstərdiklərini bəyan etmişdilər. Əgər bu, həqiqətən baş veribsə, namizədliklər 2025-ci ilin yaz və yay aylarında irəli sürülüb, buna görə də etibarlı sayılır, çünki müraciətlərin təqdim edilməsi üçün son müddət yanvarın 31-də başa çatmışdı. Bu iddiaları yoxlamaq mümkün deyil, çünki namizədlərin siyahıları gizli saxlanılır”, - deyə “Reuters” qeyd edir.

Trampın özü dəfələrlə Sülh üzrə Nobel mükafatına layiq olduğunu deyib. 2025-ci ildə o iddia edirdi ki, vəzifəyə başladıqdan sonra ən azı səkkiz müharibəni dayandıra bilib. Bu ilin yanvarında Venesuela müxalifətinin lideri Mariya Korina Maçado Ağ Evdə keçirilən görüş zamanı simvolik olaraq öz Nobel mükafatını Trampa təqdim etmişdi (mükafatın təşkilatçıları o zaman bildirmişdilər ki, laureat yalnız onun özü olaraq qalır).

Lakin martda Tramp bu mövzuya marağını kəskin şəkildə soyudub. “Mən artıq bununla maraqlanmıram”, - deyə o, mükafatı almaq perspektivləri barədə suala cavab verərkən bildirmişdi. ABŞ prezidenti həmçinin etiraf etmişdi ki, İranla münaqişənin gələcəkdə mükafatı almaq şanslarına necə təsir edə biləcəyini bilmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Nobel  


Bizi "telegram"da izləyin