ABŞ-nin prezidenti niyə zirehli gödəkçə geyinməyi sevmədiyini izah edib

2026/01/1769008045.jpg
Oxunub: 305     09:18     01 May 2026    
ABŞ-nin prezidenti Donald Tramp cümə axşamı bildirib ki, ona qarşı çoxsaylı ehtimal olunan sui-qəsd cəhdlərinə baxmayaraq, zirehli gödəkçə geyinməyi sevmir, çünki bunun onu daha kök göstərə biləcəyindən ehtiyat edir.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

“Mən bilmirəm ki, 20 funt (təxminən 9 kq) daha ağır görünməyə hazırammı”, - deyə Tramp jurnalistlərin qoruyucu gödəkçə geyinmək məsələsinin müzakirə olunub-olunmadığı barədə sualına cavab verərkən bildirib.

Amerika KİV-lərinin məlumatına görə, bu məsələ 79 yaşlı prezidentə qarşı son ehtimal olunan sui-qəsd cəhdi ilə bağlı müzakirə olunub. Bu, şənbə günü Vaşinqtonda keçirilən rəsmi qəbul zamanı baş verib.

“Məndən bu barədə soruşublar. Məncə, siz məhz bunu düşünürsünüz. Bir tərəfdən bunu etmək istəmirsiniz, çünki mənfi təsir yaradır. Ona görə də bilmirəm. Amma məndən bu barədə soruşublar”, - deyə Tramp qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin