Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Heç kim bilmir ki, danışıqlar nədən ibarətdir, məndən və daha bir neçə nəfərdən başqa”, - deyə Tramp Oval kabinetdə bildirib, baxmayaraq ki, İran rəhbərliyi ilə bağlı qeyri-müəyyənliyi etiraf edib.
“Bizim problemimiz var, çünki heç kim dəqiq bilmir ki, həmin liderlər kimlərdir. Bu, kiçik problemdir”, - deyə o qeyd edib.
Tehranın “çox istədiyini” vurğulayan Tramp bildirib ki, onun həyata keçirdiyi Hörmüz boğazının blokadası plan üzrə işləyir.
“Onların iqtisadiyyatı dağılır. Blokada inanılmazdır. Blokadanın gücü inanılmazdır”, - deyə prezident bildirib.
Telekanalın qeyd etdiyi kimi, ABŞ-nin prezidenti hazırda qüvvədə olan atəşkəs rejiminin dayandırılması və İranın bombardmanının yenidən başlanması variantını nəzərdən keçirmir.
“Mən əmin deyiləm ki, buna ehtiyacımız var. Ola bilər ki, bizə lazım olsun”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az