Tramp İran üzərində daha böyük qələbə arzulayır

2026/04/1777440516.jpg
Oxunub: 397     04:46     01 May 2026    
ABŞ Prezidenti Donald Tramp iddia edir ki, ABŞ artıq İran üzərində qələbə qazanıb, lakin o, bunu daha inandırıcı göstərmək istəyir.

Ordu.az xəbər verir ki, o, bunu "Newsmax" telekanalına müsahibəsində bildirib.

"Biz artıq qalib gəlmişik, amma mən daha böyük qələbə istəyirəm", - o qeyd edib.

Amerika liderinin sözlərinə görə, ABŞ-nin Silahlı Qüvvələri İranın donanma və Hərbi Hava Qüvvələrini, radiolakasiya avadanlıqlarını və rəhbərliyini məhv edib.

Tramp yenidən Şimali Atlantika Alyansını İslam Respublikasına qarşı hərbi əməliyyatda Vaşinqtona kömək etmək istəməməkdə günahlandırıb. "Biz NATO-dan qətiyyən heç bir yardım almadıq. Digər ölkələr bunu (ABŞ-yə kömək etmək üçün - red.) etməli idilər", - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran   ABŞ  


Bizi "telegram"da izləyin