Ordu.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Medvedev cümə axşamı Leninqrad hərbi dairəsinin təlim mərkəzinə baş çəkib.
“Adi mühərrikləri reaktiv mühərriklər əvəz etməyə gəlir. Təbii ki, pilotsuz uçuş aparatları daha sürətlə uçur. Siz bilirsiniz ki, bu, nəyə gətirib çıxarır. Bu, həm dövlət, həm əhali üçün real təhlükədir, həm də döyüş əməliyyatları zamanı problem yaradır”, - deyə o, hərbi qulluqçularla görüş zamanı bildirib.
Bundan əlavə, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini əminliyini ifadə edib ki, artıq beş ildən sonra pilotsuz uçuş aparatları sənayesi tanınmaz dərəcədə dəyişəcək.
Sevinc Əliyeva
Ordu.az