Aİ Ukrayna üçün sursat istehsalını genişləndirmək məqsədilə 180 milyon avro ayırıb

2026/04/Ekran-1777572345.jpg
Oxunub: 425     22:02     30 Aprel 2026    
Avropa İttifaqı Ukrayna üçün sursat istehsalını genişləndirmək məqsədilə 180 milyon avro ayırıb.

Ordu.az xəbər verir ki, Avropa Müdafiə Fondu Ukrayna üçün sursat və raket istehsalını genişləndirmək məqsədilə 180 milyon avro ayırıb.

Təşəbbüs həm Avropa İttifaqı ölkələrində, həm də Ukraynada istehsal imkanlarını gücləndirməyi hədəfləyir.

Avropa Komissiyasının saytında qeyd olunduğu kimi, maliyyələşmənin əsas məqsədi Ukrayna tərəfində sifarişin verilməsindən məhsulun çatdırılmasına qədər olan müddəti azaltmaqdır.

Bu, istehsal proseslərinin optimallaşdırılmasını və müdafiə logistikasının səmərəliliyinin artırılmasını əhatə edir.

İnvestisiyalar həmçinin dayanıqlı və müstəqil komponent bazasının yaradılmasına yönəlib.

Müsabiqənin ümumi büdcəsi 180 milyon avrodur və bir layihə üçün maksimum maliyyələşmə məbləği 30 milyon avrodur.

Bu yanaşma bir proqram çərçivəsində bir neçə iri təşəbbüsün dəstəklənməsinə imkan verir.

Müraciətlərin qəbulu 2026-cı il oktyabrın 13-dək davam edəcək.

İştirakçılar istehsalı sürətlə genişləndirmək və sabit təchizatı təmin etmək qabiliyyətini nümayiş etdirən layihələr üçün maliyyələşmə uğrunda yarışacaqlar. Xüsusilə birgə istehsal sahələrinin və xətlərinin inkişafına diqqət yetirilir.

Bundan əlavə, proqram konkret istehsal güclərinin genişləndirilməsini, yeni texnologiyaların inteqrasiyasını və müasir idarəetmə və naviqasiya sistemlərinin sınağını nəzərdə tutur.

Proqram həmçinin modul yığmanın inkişafını və ağır sənaye müəssisələrinin müdafiə ehtiyaclarına uyğunlaşdırılmasını əhatə edir.

Ötən il Avropa Parlamenti və Avropa İttifaqı Şurası Ukraynanın 7,3 milyard avro büdcəyə malik Avropa Müdafiə Fonduna qoşulması barədə razılığa gəlib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna  


Bizi "telegram"da izləyin