Tokayev: "Astana və Tokio "Mərkəzi Asiya - Yaponiya" sammitinə hazırlığa başlayıb"

2024/05/1716622528.jpg
Oxunub: 300     12:52     30 Aprel 2026    
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Yaponiyanın Qazaxıstanla parlament dostluq liqasının sədri Yasutoşi Nişimuranı qəbul edib.

Ordu.az Akordaya istinadən xəbər verir ki, dövlət başçısı görüş zamanı Yasutoşi Nişimuranı təyinatı münasibətilə təbrik edib və parlamentlərarası əlaqələrin inkişafının vacibliyini qeyd edib. İkitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.

Kasım-Jomart Tokayev vurğulayıb ki, Yaponiya Qazaxıstanın Asiyadakı əsas tərəfdaşlarından biridir və diqqəti Tokioya rəsmi səfərinin yekunları üzrə əldə edilmiş razılaşmaların reallaşdırılmasına yönəldib.

O bildirib ki, "Mərkəzi Asiya - Yaponiya" formatında növbəti sammit Astanada keçiriləcək və ona hazırlıq artıq başlayıb.

Nişimura öz növbəsində Yaponiya parlamentinin Qazaxıstanla əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tokayev   Astana   Tokio  


Bizi "telegram"da izləyin